...

Radikallığı təbliğ edən 39 kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb

Cəmiyyət Materials 4 İyul 2017 18:28 (UTC +04:00)
2017-cı ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 897 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 39 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.
Radikallığı təbliğ edən 39 kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb

Bakı. Samir Əli - Trend:

2017-cı ilin yanvar-iyun ayları ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) daxil olmuş müraciətlər əsasında 897 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 39 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Trend-in məlumatına görə, bu barədə DQİDK-də cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildirilib.

Bildirilib ki, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 139 adda dini ədəbiyyata baxılaraq, onlardan 3-nün çapı məqsədəuyğun sayılmayıb. 2017-ci ilin müvafiq dövrü ərzində 7 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti