...

Magistraturaya qəbul olanların qeydiyyat müddəti uzadıldı

Cəmiyyət Materials 6 İyul 2017 17:21 (UTC +04:00)
Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb.
Magistraturaya qəbul olanların qeydiyyat müddəti uzadıldı

Bakı. İlhamə İsabalayeva - Trend:

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssəsində qeydiyyat müddəti Nazirlər Kabinetinin qərarına əsasən, kredit sistemi ilə tədrisin təşkilində yeni qaydaların tətbiq olunması ilə əlaqədar ali təhsil müəssisələrinin müraciəti əsasında 4 gün uzadılıb.

Bakalavrlariyulun 14-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər.

Qeyd olunan müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti