...

Dövlət qulluğu üzrə reyestrə məlumat daxil etməyən vəzifəli şəxslər cərimələnəcəklər

Cəmiyyət Materials 10 İyul 2017 11:23 (UTC +04:00)
Dövlət qulluğu üzrə yaradılmış reyestrə məlumat daxil etməyən vəzifəli şəxslər 300-600 manat cərimələnəcəklər.
Dövlət qulluğu üzrə reyestrə məlumat daxil etməyən vəzifəli şəxslər cərimələnəcəklər

Bakı. İlhamə İsabalayeva – Trend:

Dövlət qulluğu üzrə yaradılmış reyestrə məlumat daxil etməyən vəzifəli şəxslər 300-600 manat cərimələnəcəklər.

Trend-in məlumatına görə, bunu "Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfransda çıxış edən Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, reyestrdə hər bir dövlət qurumundan məsul şəxslərin adları yer alır:

"Bu vaxta qədər 130 məsul şəxs dövlət qulluqçularının informasiya sistemində qeydiyyatdan keçib. Məsul şəxsləri müəyyən etməyən dövlət qurumlarına bu işi qısa zamanda həyata keçirməyi tövsiyə edirik. Bir daha xəbərdarlıq edirik ki, dövlət qulluqçuları barədə məlumatı reyestrə daxil etməyən vəzifəli şəxslər 300-600 mamat cərimə ediləcək. Bundan başqa, reyestrdə dövlət qulluqçuları ilə bağlı müəyyən səhvlər var və bunları aradan qaldırmağı tövsiyə edirik. Məsələn, bəzi qurumlarda elektron bazada dövlət qulluqçularının telefon nömrələri qeyd edilmir”.

M.Abbaszadə bildirib ki, hazırda İctimai şuralar buraxılış imtahanları ilə bağlı fəaliyyət göstərir. Bu şuralar şəffaflığının təmin edilməsi məqsədilə ümumi orta (9 illik) təhsil bazasında yeni növ buraxılış imtahanları materiallarının emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarəti həyata keçirir.

Onun sözlərinə görə, DİM dövlət qulluğu ilə də bağlı İctimai Şura yaratmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti