...

Ələt-Astara yolunda ağır yol qəzası - 3 ölü, 3 yaralı

Cəmiyyət Materials 13 İyul 2017 08:50 (UTC +04:00)
Ələt-Astara yolunda ağır yol qəzası baş verib
Ələt-Astara yolunda ağır yol qəzası - 3 ölü, 3 yaralı

Bakı. Trend:

Ələt-Astara yolunda ağır yol qəzası baş verib.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KAMAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış digər 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 06:00-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti