...

Misirdə Azərbaycan dilinin tədrisinə başlanılıb (FOTO)

Cəmiyyət Materials 13 İyul 2017 10:55 (UTC +04:00)
Misirdə Azərbaycan dilinin tədrisinə başlanılıb.
Misirdə Azərbaycan dilinin tədrisinə başlanılıb (FOTO)

Bakı. Trend:

Misir Ərəb Respublikasında fəaliyyət göstərən “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin ofisində Azərbaycan dilinin tədrisinə başlanılıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan dilinin tədrisi ilə yanaşı, xalqımızın tarixi, zəngin mədəni irsinin də təbliğinin nəzərdə tutulduğunu bildirən Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov dərslərin həftədə 2 dəfə keçiriləcəyini və tədris prosesinin ilkin mərhələsində Misirin Qahirə və Ayn-Şəms universitetlərinin məzunlarının iştirak edəcəyini qeyd edib.

S.Nəsirov 2016-2017-ci tədris ilindən etibarən Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə Qahirə Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldığını, bunun Misirin digər qabaqcıl ali təhsil müəssisələrində də təşkil ediləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti