...

Zığ-Hövsan yolunda 3 yerüstü piyada keçidi inşa edilir (FOTO)

Cəmiyyət Materials 17 İyul 2017 15:06 (UTC +04:00)
Zığ-Hövsan yolunda 3 yerüstü piyada keçidi inşa edilir.
Zığ-Hövsan yolunda 3 yerüstü piyada keçidi inşa edilir (FOTO)

Bakı. Trend:

Piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Zığ-Hövsan avtomobil yolunda 3 yerüstü piyada keçidi inşa edilir.

Trend-ə “Azəravtoyol”dan verilən məlumata görə, yeni piyada keçidləri sözügeən yolun 1.8, 2.7 və 4.4-cü km-lik hissələrində yerləşir. Keçidlərin hər birinin uzunluqları 41.2 metr, qalereyasının eni 3.8 metr, hündürlüyü isə 3 metrdir. Üstü bağlı və 2 aşırımlı (orta dayaqlı) olan keçidlərin yol səthindən hündürlüyü 5.7 metr təşkil edir. Metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub.

"Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan işlər çərçivəsində hər 3 keçidin ətrafında avtobus dayanacağı quraşdırılacaq, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılacaq, ərazidə lazımi yol nişanları quraşdırılacaq.

Keçidlərin tikintisi ilə piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi və avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti