...

Yapon mütəxəssislər məcburi köçkünlər arasında görmə qabiliyyəti ilə bağlı müayinələr aparıb

Cəmiyyət Materials 18 İyul 2017 17:17 (UTC +04:00)
6 yapon optometrist mütəxəssisdən ibarət heyət Azərbaycanda 11-17 iyul tarixlərində Mingəçevir, Şəki və Bakı şəhərlərində məcburi köçkünlər arasında görmə qabiliyyəti ilə bağlı müayinələr aparıblar.
Yapon mütəxəssislər məcburi köçkünlər arasında görmə qabiliyyəti ilə bağlı müayinələr aparıb

Bakı. Trend:

6 yapon optometrist mütəxəssisdən ibarət heyət Azərbaycanda 11-17 iyul tarixlərində Mingəçevir, Şəki və Bakı şəhərlərində məcburi köçkünlər arasında görmə qabiliyyəti ilə bağlı müayinələr aparıblar.

Bu barədə Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, heyətə Yaponiyanın “Fuji Optical Co.LTD” şirkətinin rəhbəri, 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görülmüş dünya şöhrətli optometrist Akio Kanai rəhbərlik edib.

On ildən artıqdır Azərbaycana mütəmadi olaraq səfər etdiyini söyləyən A.Kanai Azərbaycanda gördüyü qonaqpərvərliyin, mehribanlığın onda xoş təəssüratlar yaratdığını söyləyib. O, gələcəkdə də bu missiyanın davam etdiriləcəyini və yenidən Azərbaycana gələcəyini bildirib.

A.Kanai Azərbaycanda qaçqın və məcburi köçkünlər arasında həyata keçirdikləri humanitar layihələri 35 illik fəaliyyətləri dövründə ən uğurlu layihələrdən biri olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti