...

Azərbaycan və Pakistan minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib (FOTO)

Cəmiyyət Materials 20 İyul 2017 17:34 (UTC +04:00)
Pakistan nümayəndə heyəti ANAMA baş qərərgahında olub.
Azərbaycan və Pakistan minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib (FOTO)

Bakı. Trend:

Pakistan nümayəndə heyəti ANAMA baş qərərgahında olub.

Agentlikdən Trend-ə verilən məlumata görə, ANAMA-nın direktoru Qəzənfər Əhmədov Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyinin Sədri General-leytenant Omar Mahmud Hayat, Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədrinin Fərdi qərargah zabiti Briqada generalı Muxtar Ahmet, Pakistan Birləşmiş qərargahının əməkdaşı Polkovnik Saeed Janjuanı qəbul edib.

Səfərin başlıca məqsədi ölkələrdə aparılan Humanitar Minatəmizləmə sahəsində ikitərəfli münasibətlərin qurulması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması üzrə danışıqlardan ibarət olub.

Görüş zamanı nümayəndə heyətinə Agentlik tərəfindən həyata keçirilən humanitar minatəmizləmə sahəsində aparılan əməliyyatlar, partlamamış hərbi sursat problemi, beynəlxalq layihələr, bu günə qədər xarici və yerli mütəxəssislər üçün təşkil olunmuş təlimlər, Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) və Minadan Zərərçəkənlərə Yardım (MZY) layihələri, eləcə də Agentliyin qısa və uzunmüddətli strategiyası barədə genişmiqyaslı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti