...

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edilib

Cəmiyyət Materials 21 İyul 2017 15:55 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib.
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu iyulun 24-dən avqustun 14-dək saat 18:00‑dək aparılır.

Sənədlər şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə Mərkəzə təqdim edilə bilərlər.

Xəbər lenti

Xəbər lenti