...

6300-dən artıq şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb (FOTO)

Cəmiyyət Materials 21 İyul 2017 18:42 (UTC +04:00)
Bu ilin birinci yarısında 6.320 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb,
6300-dən artıq şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb (FOTO)

Bakı. Trend:

Bu ilin birinci yarısında 6.320 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş şəxslərin üzərindən əvvəllər qoyulmuş belə məhdudiyyət götürülüb.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə nazirlikdə məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirədə deyilib.

Bildirilib ki,icrası təmin edilən işlərin sayı 54% artaraq 288 mini ötüb, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 366 milyon manatdan çox vəsait ödətdirilib.

İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2.304 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 1.608 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 161 şəxs barəsində cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti