...

Kəşfiyyatçının xatirələrindən bəhs edən kitab işıq üzü gördü

Cəmiyyət Materials 22 İyul 2017 19:18 (UTC +04:00)
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun “Kəşfiyyatçının xatirələri” adlı yazıları əsasında hazırlanan “Kod adı: Rey” kitabı işıq üzü görüb
Kəşfiyyatçının xatirələrindən bəhs edən kitab işıq üzü gördü

Bakı. Trend:

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun “Kəşfiyyatçının xatirələri” adlı yazıları əsasında hazırlanan “Kod adı: Rey” kitabı işıq üzü görüb.

Trend-in məlumatına görə, kitabda müəllifin 2012-2013-cü illərdə qələmə aldığı xatirələri yer alıb. Xatirələr müəllifin 1991-1992-ci illərdə Qarabağ müharibəsində gördüyü hadisələrdən bəhs edir.

Kitabın redaktoru tanınmış şair-publisist Səhər Əhməddir. 250 səhifəlik kitabın illüstrasiyalarının müəllifi Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı, rəssam Tərlan Eyvazovdur.

Kitab yaxın günlərdə satışda olacaq.

Xatırladaq ki, R.Kərimoğlu 1991-1993-cü illərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin əsgəri olub. İki dəfə yaralanan R.Kərimoğlunun kəşfiyyatçı kimi çağırış kodu isə elə öz adı - “REY” olub.

Xəbər lenti

Xəbər lenti