...

Azərbaycan geoloq və seysmoloqları İndoneziyada tədqiqat aparacaqlar

Cəmiyyət Materials 24 İyul 2017 16:48 (UTC +04:00)
Azərbaycan və İndoneziyanın geoloq və seysmoloqlarının birgə tədqiqat aparmaları üçün İndoneziyanın ərazisisi əlverişlidir.
Azərbaycan geoloq və seysmoloqları İndoneziyada tədqiqat aparacaqlar

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan və İndoneziyanın geoloq və seysmoloqlarının birgə tədqiqat aparmaları üçün İndoneziyanın ərazisi əlverişlidir.

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, bunu akademiya prezidenti, akademik Akif Əlizadə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşündə deyib.

AMEA-nın prezidenti ölkələr arasında elmi əlaqələrin genişləndirilməsinə maraqlı olduğunu bildirib.

Səfir ölkəsinin tarixi, iqtisadiyyatı, coğrafi mövqeyi, təbii ehtiyatları və idarəçilik sistemi haqqında məlumat verib.

Görüş gələcək əməkdaşlıq imkanlarının, perspektiv elmi əlaqələrin müzakirəsi ilə davam edib, yaxın zamanlarda ölkələrin elmi qurumları arasında memorandum imzalanacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti