...

Azərbaycan hərbçiləri Beynəlxalq Ordu Oyunlarında iştirak etmək üçün Moskvaya yola düşüblər

Cəmiyyət Materials 24 İyul 2017 17:07 (UTC +04:00)
“Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər
Azərbaycan hərbçiləri Beynəlxalq Ordu Oyunlarında iştirak etmək üçün Moskvaya yola düşüblər

Bakı. Trend:

“Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyətinin bir hissəsi “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçiriləcək “Tank biatlonu” və “Səhra mətbəxi” müsabiqələrində iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Hərbçilərimizdən ibarət digər qrup isə “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün yaxın günlərdə Qazaxıstana yola düşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti