...

Mərakeş səfiri Tərcümə Mərkəzində olub

Cəmiyyət Materials 25 İyul 2017 15:55 (UTC +04:00)
Mərakeşin səfiri Məhəmməd Adil Ambarx Tərcümə Mərkəzində olub.
Mərakeş səfiri Tərcümə Mərkəzində olub

Bakı. Trend:

Mərakeşin səfiri Məhəmməd Adil Ambarx Tərcümə Mərkəzində olub.

Tərcümə Mərkəzindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla ərəb dünyası arasında hər sahədə qurulmaqda olan əlaqələrdən söz açılıb.

Məhəmməd Adil Ambarx deyib: “Sizin Mərkəzin fəaliyyəti barədə çox eşitmişəm. Həqiqətən də, ədəbiyyat - xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın ən qısa və etibarlı körpüsüdür. Səfirlik olaraq, bu istiqamətdə Mərkəzlə əməkdaşlığa hazırıq. Mərakeşlə Azərbaycan çox oxşar ölkələrdir. Bizim ölkəmiz də, Azərbaycan kimi, bütün mədəniyyətlərə açıqdır. Düşünürəm, həm Azərbaycanda Mərakeşə, həm də Mərakeşdə Azərbaycana böyük maraq var və ərsəyə gətiriləcək nəşrlər hər iki ölkənin ədəbi mədəni həyatına gözəl töhfələr verəcək”.

Görüşün sonunda qonağa Mərkəzin son nəşrlərindən olan ərəb dilində “Azərbaycan xalqının tarixi və ya tərcümeyi-halı“, “Azərbaycan-ərəb dili danışıq kitabçası”” və digər nəşrlər hədiyyə edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti