...

"Antonov" konserninin ləğvi Azərbaycana təyyarə tədarükünə təsir etməyəcək

Cəmiyyət Materials 27 İyul 2017 12:20 (UTC +04:00)
“Antonov” Dövlət Konserninin ləğv edilməsi “An-178” təyyarələrinin Azərbaycana çatdırılmasına heç bir təsir göstərməyəcək.
"Antonov" konserninin ləğvi Azərbaycana təyyarə tədarükünə təsir etməyəcək

Bakı. Azad Həsənli - Trend:

“Antonov” Dövlət Konserninin ləğv edilməsi “An-178” təyyarələrinin Azərbaycana çatdırılmasına heç bir təsir göstərməyəcək. Bu barədə özəl olaraq Trend-ə Konserndən məlumat verilib.

Qeyd olunub ki, “Silk Way Airlines” ilə “Antonov” arasındakı razılaşma qrafikə uyğun olaraq həyata keçiriləcək.

Qeyd edək ki, bir müddət öncə bəzi KİV-lərdə “Antonov” Dövlət Konserni və konsernə aid üç müəssisənin 2 ay ərzində ləğv ediləcəyi haqda informasiyalar yer almışdı. Lakin bununla bağlı konserndən Trend-ə bildiriblər ki, bu informasiya həqiqətə uyğun deyil.

Xəbər lenti

Xəbər lenti