...

Qızıl medala layiq görülmüş məzuna medalı təqdim edilib (FOTO)

Cəmiyyət Materials 8 Avqust 2017 12:48 (UTC +04:00)
Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, bu il ümumi təhsil müəssisələrinin 154 məzunu qızıl medal ilə təltif olunub.
Qızıl medala layiq görülmüş məzuna medalı təqdim edilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, bu il ümumi təhsil müəssisələrinin 154 məzunu qızıl medal ilə təltif olunub.

Trend-in məlumatına görə, qızıl medala layiq görülmüş məzunlardan biri də Təhsil Nazirliyinin “Ankara məktəbi” məktəb liseyinin məzunu Səmayə Nağıyevadır.

Bu gün “Ankara məktəbi” məktəb liseyinin direktoru Səmayə Eynullayeva qızıl medalı S.Nağıyevaya təqdim edib.

Əvvəlcə S.Eynullayeva “Ankara məktəbi” məktəb liseyinin yaranma tarixi və fəaliyyəti haqqında qısa məlumat verib. O qeyd edib ki, “Ankara məktəbi” məktəb-lisey Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2006-cı il tarixli 150 nömrəli və Azərbaycan Respublikası Təhsil Nazirinin 11 sentyabr 2006-cı il tarixli 693 nömrəli əmri ilə yaradılıb. Məktəb-lisey 2006-cı ildə Heydər Əliye Fondu tərəfindən təmir edilib. Məktəb-liseydə 68 sinif fəaliyyət göstərir. 1864 nəfər şagirdin təlim-tərbiyəsi ilə 141 nəfər pedaqoji heyət məşğul olur. “Ankara məktəbi” məktəb-liseyi respublika üzrə yaxşı məktəblərin sırasına daxil edilib.

Qızıl medala layiq görülmüş S.Nağıyeva bu mükafata görə çox sevindiyini bildirib və əməyi olan hər kəsə təşəkkürünü bildirib: “Qızıl medal qazanmaq əlbəttə ki, hər bir şagirdin böyük arzusu və qazana biləcəyi ən yüksək naliyyətidir. Mən də bu gün çox senvincliyəm ki, belə bir yüksək mükafata layiq görülmüşəm. Təbii ki, bizim belə yüksək naliyyət əldə etməyimizin səbəbi ölkədə şagirdlərin təhsil alması üçün yaradılan hərtərəfli şəraitdir. Bütün bunlara görə cənab Prezidentimiz İlham Əliyevə minnətdarıq. Eyni zamanda başda direktorumuz olmaqla “Ankara məktəbi” məktəb-liseyinin bütün müəllim kollektivinə təşəkkürümü bildirirəm ki, hər zaman bizə diqqətlə yanaşıb və bizi həvəsləndiriblər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti