...

Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçir

Cəmiyyət Materials 29 Avqust 2017 09:36 (UTC +04:00)
Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib.
Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçir

Bakı. Trend:

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib.

Qurumun mətbuat xidmətindən Trend-ə bildirilib ki, avqustun 30-dan sentyabrın 4-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Qeyd edək ki, hazırda gün ərzində 400-450 nəqliyyat vasitəsi ilə təxminən 11-12 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Kənardan dəvət olunmuş nəqliyyat vasitələrində qiymət intizamına nəzarət etmək üçün 11 nəfərdən ibarət komissiya yaradılıb.

Avtovağzaldan bütün təyin olunmuş qrafiklər üzrə reyslərə bilet satışları avtovağzalın qabaqcadan satış kassaları vasitəsilə, həmçinin onlayn qaydada 10 gün qabaqcadan həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti