...

Nazir: Müəllimin peşəkarlığı həm də onun tətbiq edəcəyi İKT bacarıqlarından asılıdır

Cəmiyyət Materials 30 Avqust 2017 13:13 (UTC +04:00)
Müəllimin yeni rolu, üstün peşəkarlıq vərdişləri həm də tədrisdə tətbiq edəcəyi İKT bacarıqlarından asılıdır.
Nazir: Müəllimin peşəkarlığı həm də onun tətbiq edəcəyi  İKT bacarıqlarından asılıdır

Bakı. İlhamə İsabalayeva – Trend:

Müəllimin yeni rolu, üstün peşəkarlıq vərdişləri həm də tədrisdə tətbiq edəcəyi İKT bacarıqlarından asılıdır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə direktoru Çoi Yonjae ilə görüşündə deyib.

Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində atılan addımlardan danışan nazir qeyd edib ki, İKT bacarıqları biliklərin çatdırılmasında əyaniliyi təmin edir, dialoq mühiti yaradır.

M.Cabbarov deyib ki, son illərdə Təhsil Nazirliyinin müəllimlərin İKT bacarıqlarının artırılması, İKT infrastrukturunun yaradılması, elektron resursların bazasının genişləndirilməsi sahəsində gördüyü işlər bu prosesə təkan verib.

Azərbaycanla Koreya arasında təhsil, xüsusən də informasiya-kommunikasiya texnologiyaları sahəsində əlaqələrin, həyata keçirilən layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildirən nazir İKT sahəsində dünyanın aparıcı dövlətlərindən olan Koreya ilə əməkdaşlığı yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti