...

Universitet tələbələrin narazılığına münasibət bildirdi

Cəmiyyət Materials 8 Sentyabr 2017 17:57 (UTC +04:00)
Azərbaycan Texniki Universiteti alt qruplarda təhsilin ödənişli olması ilə bağlı tələbələrin sosial şəbəkələrdə etdiyi narazılıqlara münasibət bildirib.
Universitet tələbələrin narazılığına münasibət bildirdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Texniki Universiteti alt qruplarda təhsilin ödənişli olması ilə bağlı tələbələrin sosial şəbəkələrdə etdiyi narazılıqlara münasibət bildirib.

Trend-in məlumatına görə, universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev bildirib ki, Nazirlər Kabinetinin müafiq qərarına əsasən Azərbaycan ali təhsil müəssisələrində alt qruplar ödənişlidir:

"Qərar bütün ali təhsil müəssisələrindən alt qrupların ödənişli olmasını tələb edir. Ayrıca, məntiqlə bu iş məhz bu cür də həyata keçirilməlidir. Belə ki, tələbə ödədiyi təhsil haqqına görə 1 dəfə dinləmə şansı qazanır. Təbii ki, ikinci dinləmə şansı üçün yenidən ödəniş etməlidir. Buna görə də Azərbaycan Texniki Universitetinin rəhbərliyi tələbələrin sosial şəbəkələr üzərindən ifadə etdikləri narazılıqları əsassız hesab edir və bildirir ki, tədris qanunvericiliyə uyğun təşkil olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti