...

Livanda qəzada ölən idmançının cənazəsi Azərbaycana yola salınıb

Cəmiyyət Materials 8 Sentyabr 2017 18:57 (UTC +04:00)
Livanda yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirmiş Əliyev Xəzər İntiqam oğlunun cənazəsi Azərbaycana yola salınıb.
Livanda qəzada ölən idmançının cənazəsi Azərbaycana yola salınıb

Bakı. Trend:

Livanda qəza nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşı Əliyev Xəzər İntiqam oğlunun cənazəsi Türk Hava Yollarının Beyrut-İstanbul-Naxçıvan reysi ilə Azərbaycana yola salınıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub.

Cənazəni mərhumun anası Həsənova Məlahət müşayiət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti