...

Valideynlərin nəzərinə: İş dəftərləri məcburi deyil

Cəmiyyət Materials 11 Sentyabr 2017 11:01 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) olaraq, ibtidai siniflərdə iş dəftərlərinin istifadəsi ilə bağlı məcburiyyət qoymamışıq, məhdudiyyət yoxdur.
Valideynlərin nəzərinə: İş dəftərləri məcburi deyil

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) olaraq, ibtidai siniflərdə iş dəftərlərinin istifadəsi ilə bağlı məcburiyyət qoymamışıq, məhdudiyyət yoxdur.

Trend-in məlumatına görə, bunu BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə deyib.

O bildirib ki, uşaqların inkişafına təsir və təmin edən əlavə tədris materiallarının çoxluğu təbii ki, onların təhsilinə xidmət edir.

M.Vəliyeva qeyd edib ki, bəzi hallarda uşaqlara iş zamanı müəllimlər öz yanaşmalarından istifadə edirlər: "Bu il İdarənin tabeliyindəki Təlimə Dəstək Mərkəzi nəinki ibtidai sinif, ümumiyyətlə bütün fənlər üzrə müəllimlərin fəaliyyətini istiqamətləndirəcək. Bu məsələdə ibtidai sinif müəllimlərinə lazımi və səmərəli tövsiyələr veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti