...

Hökməlidə vəziyyət gərginləşir: Yağışlar başlasa, sürüşmə aktivləşəcək

Cəmiyyət Materials 12 Sentyabr 2017 12:41 (UTC +04:00)
Abşeronun Hökməli qəsəbəsindəki Bozdağ Hökməli vulkanının çöküntülərinin üzərində salınmış yaşayış məntəqəsi artıq sürüşməyə meyilli ərazi sayılır.
Hökməlidə vəziyyət gərginləşir: Yağışlar başlasa, sürüşmə aktivləşəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Abşeronun Hökməli qəsəbəsindəki Bozdağ Hökməli vulkanının çöküntülərinin üzərində salınmış yaşayış məntəqəsi artıq sürüşməyə meyilli ərazi sayılır.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, Bozdağ Hökməli vulkanının çöküntülərinin üzərində tikilmiş evlərdə çoxsaylı deformasiya və çatlar əmələ gəlib: “Artıq vulkanın ətrafında yamac boyu tikilən çoxsaylı evlərdə çatlar var. Onlar aktiv fazadadır, yəni proses başa çatmayıb. Əgər yağışlar başlasa, bu proses daha da aktivləşəcək, sürüşmə prosesi aktiv olacaq”.

Ə.Qaralov bildirib ki, çatların baş verməsinə həmin evlərin vulkan materaillarının üzərində tikilməsindən əlavə, yamacın şaquli kəsilməsi, yamacın təbii quruluşuna insanın müdaxiləsi və s. təsir göstərib: “Yamacda ev tikiləndə onu kəsmək olmaz. Əgər həmin ərazi sürüşməyə meyillidirsə, bu, onu bir az da fəallaşdırır. Burada da yamac demək olar ki, hər yerdən doğranıb. Qeyd edilən səbəblərlə yanaşı, kanalizasiya sularının axması, atmosfer çöküntüləri də sürüşməni təbii olaraq, fəallaşdırır".

Qeyd edək ki, evlərdə yaranan bəzi çatların eni 50 sm-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti