...

Bakıda Koreya kənd təsərrüfatı məhsullarının nümayişi olacaq

Cəmiyyət Materials 20 Sentyabr 2017 15:25 (UTC +04:00)
Tədbirdə şəhər sakinləri Koreya milli çay mədəniyyətinin nümayişini izləmək imkanı əldə edəcəklər.
Bakıda Koreya kənd təsərrüfatı məhsullarının nümayişi olacaq

Bakı. Trend:

Sentyabrın 27-də Ümumdünya Turizm günü münasibətilə Koreya səfirliyi, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), Dream Trading (koreya qida məhsullarının ixracını həyata keçirən şirkət), Koreya Aqro-Balıqçılıq və Ərzaq Ticarəti üzrə Korporasiyası, Koreya Kənd Təsərrüfatı, Ərzaq və Kənd işləri Nazirliyi tərəfindən Koreya Kənd Təsərrüfatı məhsullarının nümayişi təşkil olunacaq.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Koreya mədəniyyətini özündə əks etdirən tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Qız Qalası yaxınlığında saat 11:00-dan 18:00-a qədər şəhərimizin sakinləri və qonaqlarına təqdim ediləcək.

Tədbirdə şəhər sakinləri Koreya kənd təsərrüfatı məhsullarının dadına baxmaq və Koreya milli çay mədəniyyətinin nümayişini izləmək imkanı əldə edəcəklər.

Tədbirin Programı:

Koreya kənd təsərrüfatı məhsullarından dadmaq.
Koreyanın milli çay mədəniyyətinin nümayişi.

Tədbirdə təqdim olunacaq məhsullar sırasına daxildir:

İçkilər və Çay: Zəngçiçəyi armud şirəsi, innab Çayı, sitron çayı, omica şirəsi, Koreya qırmızı jenşen ekstraktı.
Spirtli içkilər: Sitron ətirli socu (Koreyanın milli şərabı), makgeoli (düyüdən hazırlanmış milli likyor),liqanqju.
Qəlyanaltılar: qızardılmış şirin kartof, qızardılmış şabalıd, buğda unundan hazırlanmış Koreya milli ballı peçenyeləri, düyü unundan hazırlanmış Koreya şirniyyatları.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti