...

IPS üçün Azərbaycandan olan namizədlər seçiləcək

Cəmiyyət Materials 22 Sentyabr 2017 12:33 (UTC +04:00)
Almaniya Parlamentinin nümayəndə heyəti Alman Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı (IPS) üçün Azərbaycandan olan namizədləri seçmək məqsədilə 2-4 oktyabr tarixlərində Bakıya səfər edəcək.
IPS üçün Azərbaycandan olan namizədlər seçiləcək

Bakı. Trend:

Almaniya Parlamentinin nümayəndə heyəti Alman Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı (IPS) üçün Azərbaycandan olan namizədləri seçmək məqsədilə 2-4 oktyabr tarixlərində Bakıya səfər edəcək.

Almaniyanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, alman nümayəndə heyətinə Bundestaqın deputatıKai Gerinq rəhbərlik edəcək.

IPS proqramı çərçivəsində dünyanın 41 ölkəsindən 120 təqaüdçü 1 mart-31 iyul 2017-ci il tarixinədək Alman Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edirlər. Proqramın məqsədi siyasətin aparılması və demokratik qərarların verilməsi proseslərinin yaxından şahidi olmaqdır. Təqaüdçülər alman parlamentinin bir deputatının yanında işləyirlər və eyni zamanda Berlin universitetlərinin birində tələbə olaraq qeydiyyata alınırlar. Taqaüdçülər həmçinin, parlamentdəki fəaliyyətlərində əlavə olaraq universitetin mühazirə və seminarlarında da iştirak edə bilirlər.

Bu proqram Alman Bundestaqının prezidentinin xüsusi himayəsi və üç Berlin universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bütün səfər, yaşayış və sığorta xərcləri habelə aylıq təqaüd Alman Bundestaqı tərəfindən ödənilir.

Hər il dekabr ayından etibarən IPS proqramında iştirak etmək üçün müraciət ərizələri Bakıdakı alman səfirliyinə təqdim olunur. Proqram haqqında daha geniş məlumatı bu internet səhifəsindən əldə edə bilərsiniz: http://www.bundestag.de/ips. Səfər çərçivəsində alman nümayəndə Bakıda siyasət, iqtisadiyyat və təhsil sahələrindən nümayəndələrlə görüşlər keçirəcəklər. Mövcud əlaqələri və şəbəkəni inkişaf etdirmək üçün IPS proqramının məzunları ilə də görüş nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti