...

Qəbul imtahanlarının cavablarının yoxlanılmasında DƏYİŞİKLİK olacaq?

Cəmiyyət Materials 22 Sentyabr 2017 14:05 (UTC +04:00)
Gələcəkdə imtahanların cavablarının yoxlanılması təkcə kompüterlə yox, ekspertlərin qiymətləndirilməsi ilə də aparılacaq.
Qəbul imtahanlarının cavablarının yoxlanılmasında DƏYİŞİKLİK olacaq?

Bakı. Samir Əli - Trend:

Gələcəkdə imtahanların cavablarının yoxlanılması təkcə kompüterlə yox, ekspertlərin qiymətləndirilməsi ilə də aparılacaq.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə qeyd edib: "Narahatlıq ondan ibarətdir ki, bu prosesə hansısa müdaxilə mümkündür, ya yox. Tam məsuliyyətlə deyə bilərəm ki, biz bununla bağlı 2012-ci ildən iş aparırıq. Dövlət İmtahan Mərkəzinin xüsusi proqram təminatı var, bu proqram təminatı neçə illərdir keçirdiyimiz monitorinqlərdə tətbiq edilib. Bu il həmin proqram təminatı vasitəsilə buraxılış imtahanlarında olan 200 min işi yoxlamışıq və yoxlama zamanı da heç bir faktor bu prosesə təsir göstərməyib. Valideynləri tam əmin edirəm ki, yazı işlərinin yoxlanmasında heç bir insan faktoru qiymətləndirməyə hər hansı təsir göstərməyəcək".

DİM rəhbəri abituriyentlərə müraciət edib: "Abituriyentlərə demək istəyirəm ki, bu dəyişikliklərlə bağlı narahat olmasınlar. Proses tam şəffaf şəkildə keçiriləcək. Yazı işlərinin qiymətləndirilməsi ümumi imtahan nəticələrlə birlikdə internet səhifəsində yerləşdiriləcək. Hər bir abituriyent öz işi ilə tanış ola biləcək. Dəyişikliklər barədə yaxın 10 gün ərzində geniş açıqlama veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti