...

Tovuzda usta "laqonda" ilə ayağını doğrayıb

Hadisə Materials 25 Sentyabr 2017 21:09 (UTC +04:00)
Tovuz rayonunda usta ehtiyatsızlıqdan özünü doğrayıb.
Tovuzda usta "laqonda" ilə ayağını doğrayıb

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda usta ehtiyatsızlıqdan özünü doğrayıb.

Trend-in məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Bayramov Səlim İsmayıl oğlu həyətdə təmir işləri apararkən ehtiyatsızlıqdan "laqonda" ilə ayağını doğrayıb.

Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti