...

Kamal Abdullaya Ural Federal Universitetinin fəxri doktoru adı verilib

Cəmiyyət Materials 26 Sentyabr 2017 12:49 (UTC +04:00)
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görülüb.
Kamal Abdullaya Ural Federal Universitetinin fəxri doktoru adı verilib

Bakı. Trend:

Sentyabrın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görülüb.

ADU-nun İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabrın 14-də Ural Federal Universitetinin Xarici regionşünaslıq kafedrası K.Abdullaya fəxri doktor adının verilməsi üçün eyniadlı universitetin Ural Humanitar İnstitutu qarşısında məsələ qaldırıb.

Təklifi müzakirə edən Elmi Şuranın qərarına əsasən, K.Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görülüb.

Qeyd etmək lazımdır ki, Ural Federal Universiteti Rusiyanın ən nüfuzlu universitetlərindən biridir və Rusiyanın ilk prezidenti Boris Yeltsinin adını daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti