...

Azərbaycana gələn əcnəbilərin sayı 23,1 faizdən çox artıb

Cəmiyyət Materials 27 Sentyabr 2017 11:16 (UTC +04:00)
Bu ilin 8 ayı ərzində Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin 8 ayına nisbətən 23,1 faiz artıb.
Azərbaycana gələn əcnəbilərin sayı 23,1 faizdən çox artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin 8 ayı ərzində Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin 8 ayına nisbətən 23,1 faiz artıb.

Trend-in məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, 2016-cı ildə ölkəyə gələnlərin sayındakı artım 2015-ci ilə nisbətən 11,7 faiz təşkil edib.

Ə.Qarayev deyib ki, bu il yanvar-avqust aylarında ölkəyə 1 milyon 818 min nəfər gəlib: "Mövsümlə əlaqədar ölkəyə gələnlərin sayı azala bilər. Ona görə də mövsümilik aradan qaldırılmalıdır".

Nazir deyib ki, bu il yalnız iyul-avqust aylarında hotellərdə 860 mindən çox şəxs yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti