...

Hindistan səfirliyindən ağacəkmə aksiyası (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2017 20:40 (UTC +04:00)
Bu həftə hind icması və Azərbaycanlı tələbələrin iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək.
Hindistan səfirliyindən ağacəkmə aksiyası (FOTO)

Bakı. Trend:

Bu həftə hind icması və Azərbaycanlı tələbələrin iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək.

Hindistanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbir 15 sentyabr-2 oktyabr, keçirilən “Swachhta Hi Seva (SHS)” (“Təmizlik xidmətdir”) kampaniyası çərçivəsində təşkil olunur.

BMT tərəfindən təsdiq olunan kampaniya hər il oktyabrın 2-sində bütün dünyada “Beynəlxalq Qeyri-Zorakılıq Günü” kimi qeyd olunan Mahatma Qandinin doğum günü münasibətilə təşkil olunacaq.

Hindistan səfiri Sanjay Rana qeyd edib ki, Mahatma Qandi təmizliyin əhəmiyyətinə önəm verərək “Təmizlik Allahdandır” deyirdi. Hindistanın Baş naziri Narendra Modi natəmizliklə mübarizə aparmaq və açıq defekasiya kimi köhnə vərdişləri dəyişməklə 2019-cu ildə qeyd olunacaq Mahatma Qandinin 150-ci ildönümünədək təmiz Hindistana nail olmaq məqsədilə bütün Hindistan ərazisində kampaniya başladıb. Baş nazir Modi açıq defekasiyanın qarşısını almaq üçün Hindistanın bütün kənd evlərində ayaqyoluların tikilməsini təşviq edib.

Hindistan Prezidenti Ram Nath Kovind 2017-ci ilin sentyabrın 15-də xalqın təmiz və sağlam Hindistan yaratmağa qərar verdiyi ümummili sanitariya kampaniyası başladıb. Təmizliyin yalnız sanitariya işçilərinin və hökumət idarələrinin vəzifəsi olmadığını qeyd edən Prezident Kovind bütün vətəndaşları bu milli hərəkata qoşulmağa çağırıb.

Təmiz Hindistan Missiyası və SHS kampaniyası insanlar, xüsusilə də gənclər arasında böyük marağa səbəb olub və bütün Hindistanda tanınıb. Təmiz Hindistan Missiyasına əsaslanan “Toilet –Ek Prem Katha” adlı son Bollivud filminin uğurlu populyarlığı kassalarda nəzərə çarpıb.

Səfir Rana qeyd edib ki, Mahatma Qandinin sülh və tolerantlıqla bağlı mesajı hətta bu gün də öz qüvvəsini saxlamaqdadır; Onun təbiət və təmizliklə bağlı fikirləri bütün zamanlara və məkanlara uyğundur. Qeyd olunub ki, “Swachhta Hi Seva ” kampaniyası çərçivəsində Hindistanın Azərbaycandakı Assosiasiyası, yerli QHT-lər və azərbaycanlı tələbələrin iştirakı ilə bazar günü, oktyabrın 1-də Bakı yaxınlığında botanika bağında təmizlik və ağacəkmə aksiyası keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti