...

Azərbaycanda yeni aviaşirkətlər xidmət göstərəcək

Cəmiyyət Materials 28 Sentyabr 2017 20:00 (UTC +04:00)
Rusiyanın üç aviaşirkəti Azərbaycana uçuşlar həyata keçirmək üçün icazə alıb.
Azərbaycanda yeni aviaşirkətlər xidmət göstərəcək

Bakı. Maksim Tsurkov - Trend:

Rusiyanın üç aviaşirkəti Azərbaycana uçuşlar həyata keçirmək üçün icazə alıb.

Trend-in "Rosaviasiya"ya istinadən verdiyi məlumata görə, bu barədə daşıyıcılara beynəlxalq daşımaların icrası üçün icazə verilməsi üzrə idarələrarası komissiyanın protokolunda deyilir.

Qeyd olunur ki, "İkar" aviaşirkəti Moskvanın "Jukovski" yeni hava limanından Gəncəyə dövri olaraq həftədə 7 dəfə müntəzəm reyslərin həyata keçirilməsinə lisenziya alıb.

Həmçinin "Saratov aviaxətləri" şirkətinə Azərbaycana iki istiqamətdə uçuşlara icazə verilib: həftədə 2 dəfə Saratov-Bakı və Ufa-Bakı.

"NordStar" da müvafiq icazə alıb. Şirkət həftədə bir dəfə Yekaterinburq-Bakı reysini yerinə yetirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti