...

ABŞ səfirliyi Salyanda Amerika Mərkəzi açıb (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2017 19:48 (UTC +04:00)
ABŞ səfirliyi Salyanda Amerika Mərkəzi açıb.
ABŞ səfirliyi Salyanda Amerika Mərkəzi açıb (FOTO)

Bakı. Trend:

ABŞ səfirliyi Salyanda Amerika Mərkəzi açıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, ABŞ Dövlət Departamentinin Qafqazla Əlaqələr və Regional Münaqişələr Şöbəsinin rəhbəri Alisia Allison və ABŞ səfirliyinin İctimai əlaqələr şöbəsinin rəhbəri Karolayn Səvic Salyan Mərkəzi Kitabxanasında yerləşən Salyan Amerika Guşəsini açıb və yerli icma üçün mərkəzin bir resurs kimi əhəmiyyətindən danışıb.

Salyan İcra Hakimiyyətinin və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də açılışda iştirak ediblər. ABŞ Səfirliyinin nümayəndələri kitabxananın dil təlimi və təhsil proqramlaşdırılması üçün nəzərdə tutulmuş guşəsinə yeni materiallar təqdim edib. K.Səvic həmçinin guşədə təqdim olunan proqramları və yerli məktəblilərin gələcək planlarını müzakirə etmək üçün onlarla görüşüb.

Amerika Guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika guşələri də daxildir. Bu mərkəz və guşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyalar layihələrində iştirak etmək imkanlarını yaradır. Guşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətləri də təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti