...

Qırğızıstan prezidenti seçkiləri "Azerspace-1" resurslarından istifadə olunaraq yayımlanıb

İqtisadiyyat Materials 20 Oktyabr 2017 16:28 (UTC +04:00)
Qırğızıstanda keçirilən prezident seçkiləri gün boyu "Azerspace-1" peykinin resurslarından istifadə olunmaqla canlı yayımlanıb.
Qırğızıstan prezidenti seçkiləri "Azerspace-1" resurslarından istifadə olunaraq yayımlanıb

Bakı. Hüseyn Vəliyev - Trend:

Oktyabrın 15-də Qırğızıstanda keçirilən, yerli və xarici, o cümlədən beynəlxalq təşkilatları təmsil edən müşahidəçilər və media mənsubları tərəfindən izlənilən prezident seçkiləri gün boyu "Azerspace-1" peykinin resurslarından istifadə olunmaqla canlı yayımlanıb.

"Azərkosmos" ASC-dən Trend-ə verilən məlumata görə, "Azerspace-1" peykinin xidmətlərindən istifadə edən Qırğızıstanın aparıcı televiziya kanalları seçkilərin keçirildiyi müddətdə fasiləsiz və keyfiyyətli yayım əldə etdiklərini bildiriblər.

Həmçinin Türkiyədə "Tivibu" kabel televiziyası vasitəsilə nümayiş olunan UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunları “Azerspace-1” peykinin resurslarından istifadə olunaraq canlı yayımlanır. Belə ki, “Azərkosmos” ASC və Türkiyənin “Türk Telekom” şirkəti arasında imzalanan müqaviləyə əsasən, futbol oyunlarının canlı görüntüsü dünyanın bir çox beynəlxalq yayım mərkəzinə “Azerspace-1” peyki vasitəsilə çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti