...

Könüllülər yeni kampaniyaya başlayır

Cəmiyyət Materials 1 Noyabr 2017 19:20 (UTC +04:00)
Dövlət Bayrağı Günü münasibətilə #9noyabr haştaq kampaniyasına start verilir.
Könüllülər yeni kampaniyaya başlayır

Bakı. Trend:

"ASAN Könüllüləri" Təşkilatı və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının birgə təşəbbüsü ilə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə #9noyabr haştaq kampaniyasına start verilir.

Başladılan sosial kampaniyanın məqsədi Azərbaycan Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” haqqında Sərəncamına dəstək olaraq tariximizin, müstəqil Azərbaycanın keçdiyi çətin mərhələlərdə qazandığı dəyərlərinin, onun milli simvollarının və eyni zamanda vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ideyalarının təbliğidir.

Kampaniya sosial şəbəkələr üzərindən həyata keçiriləcək. Belə ki sosial şəbəkədə istifadəçilər #9noyabr haştaqi ilə Azərbaycan bayrağı məzmunlu paylaşım edərək (foto, video, blog və s.) başladılmış trendə qoşulacaq və paylaşılan məzmunlarla cəmiyyətdə vətənpərvərlik hisslərinin və milli tariximizin təbliğinə töhfə vermiş olacaqdırlar.

“ASAN Könüllüləri” təşkilatı olaraq sosial şəbəkələri 3 rəngə boyamaq məqsədilə bütün dövlət orqanları, özəl qurumları, qeyri-hökumət təşkilatlarını, gənclər təşkilatlarını bu aksiyaya qoşulmağa çağırırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti