...

Ziya Bünyadov prospektində zəncirvari qəza: sürücülərə alternativ yollardan istifadə tövsiyə olunur

Cəmiyyət Materials 2 Noyabr 2017 21:47 (UTC +04:00)
Bakıda Ziya Bünyadov prospektində (Atatürk prospekti ilə kəsişməyə yaxın hissədə) zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Ziya Bünyadov prospektində zəncirvari qəza: sürücülərə alternativ yollardan istifadə tövsiyə olunur

Bakı. Trend:

Bakıda Ziya Bünyadov prospektində (Atatürk prospekti ilə kəsişməyə yaxın hissədə) zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bununla əlaqədar olaraq, hazırda 20 Yanvar dairəsindən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb.

Agentlik sürücülərə qəzanın nəticələri aradan qaldırılanadək alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti