...

Kiyevdə Dövlət Bayrağı Günü münasibətilə aksiya keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Noyabr 2017 13:09 (UTC +04:00)
Kiyevdə Dövlət Bayrağı Günü münasibətilə aksiya keçirilib.
Kiyevdə Dövlət Bayrağı Günü münasibətilə aksiya keçirilib (FOTO)

Bakı. Trend:

9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbir məntəqəsinin təşkilatçılığı ilə Kiyevdə aksiya keçirilib.

Aksiyada şəhər sakinlərinə və xarici qonaqlara bayrağımızın rəmzləri, tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Həmin sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.

Sonra “Şanlı bayrağımla şəkil” aksiyası reallaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti