...

Qlobal temperaturun artması Xəzər dənizinin buz rejimini dəyişdirib

Cəmiyyət Materials 11 Noyabr 2017 15:36 (UTC +04:00)
Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin buz rejimi son on illiklər ərzində dəyişib.
Qlobal temperaturun artması Xəzər dənizinin buz rejimini dəyişdirib

Bakı. Gülqız Muradova - Trend:

Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin buz rejimi son on illiklər ərzində dəyişib.

Trend-in məlumatına görə, bir qrup mütəxəssisin bununla bağlı apardığı tədqiqatların nəticəsi Mərkəzi Asiya Su Tədqiqatları jurnalında dərc edilib.

Məqalədə qeyd olunur ki, 1950-60-cı illərdə qeydə alınmış sərt qış mövsümlərini son on illiklərdə daha mülayim qış əvəz edib: “1990-cı ildən başlayaraq, soyuq dövrdə temperaturun 1,1-1,3 dərəcə artması Xəzər dənizinin buz rejiminə mənfi təsir göstərib”.

Müəlliflər qeyd edir ki, ötən əsrin ortalarından başlayaraq bu günədək temperaturun artımı tendensiyasını müşahidə etmək olar: “1980-2016-cı illər arasında buz qatının qalınlığının təhlili buzun qalınlığının azalma tendensiyasını göstərir”.

Müəlliflərin fikrincə, iqlim dəyişikliyinin dənizdəki buz qatına təsiri daha çox olacaq və bu amilin tədqiq olunması davam etməlidir: “İqlim istiləşdikcə buzda çatlar və parçalanmalar daha da çoxalır. İri buz parçalarının olmaması Xəzərdə yaşayan canlıların – məsələn, Xəzər suitilərinin yaşayış bölgəsini məhv edə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti