...

Bakıda ilk dəfə "Funksional Ekologiya və Ətraf mühit" konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2017 10:13 (UTC +04:00)
“Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində ilk dəfə olaraq “Funksional Ekologiya və Ətraf mühit” mövzusunda konfrans keçirilib.
Bakıda ilk dəfə "Funksional Ekologiya və Ətraf mühit" konfransı keçirilib (FOTO)

Bakı. Trend:

“Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində ilk dəfə olaraq “Funksional Ekologiya və Ətraf mühit” mövzusunda konfrans keçirilib.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, konfransda bölgədəki ən mühüm ekoloji məsələlərə toxunulub - “Su ehtiyatlarının mühafizəsi və səmərəli idarə olunması”, “Su təsərrüfatında enerji effektivliyi və ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı”, “Təmiz Şəhər” ASC-nin fəaliyyəti”, “Davamlı inkişaf prinsipləri çərçivəsində ətraf mühitin idarə olunması”, “Ətraf mühitin mühafizəsi məqsədilə “yaşıl iqtisadiyyat” prinsiplərinin tətbiqi”, “Atmosferin çirklənməsində nəqliyyat vasitələrinin yeri”, “Qlobal İstiləşmə”.

Tədbirdə ETSN-nin, Azərsu ASC-nin mütəxəssisləri, IDEA İB-nin, “Təmiz Şəhər” ASC-nin nümayəndələri və QHT rəhbərləri çıxış edib və mövzular ətrafında geniş müzakirələr aparılıb.

Konfransın keçirilməsində məqsəd dövlət qurumları, işgüzar dairələr və ekspert təşkilatları arasında dialoq, fikir və təcrübə mübadiləsi yaratmaqdır.

Xatırladaq ki, “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) kampaniyasının dəstəyi ilə təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti