...

İranda zəlzələ qurbanlarının sayı artır - Zərərçəkənlər arasında Azərbaycan vətəndaşı var?

Cəmiyyət Materials 15 Noyabr 2017 17:21 (UTC +04:00)
Noyabrın 12-də İranın İraqla sərhədində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı bu günə kimi artmaqda davam edir.
İranda zəlzələ qurbanlarının sayı artır - Zərərçəkənlər arasında Azərbaycan vətəndaşı var?

Bakı. Mehdi Sepahvənd - Trend:

Noyabrın 12-də İranın İraqla sərhədində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı bu günə kimi artmaqda davam edir.

Trend-in zəlzələ qurbanlarının artması fonunda zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı sualına cavab olaraq Azərbaycanın İrandakı səfirliyindən bildiriblər ki, həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Qeyd edək ki, noyabrın 12-də İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 474, yaralıların sayı isə 9388 nəfərə çatıb.

Xatırladaq ki, zəlzələ güclü olduğundan yeraltı təkanlar hətta Azərbaycan, Küveyt, BƏƏ-də də az bal gücündə hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti