...

UNEC-ə köçürülən tələbələrlə tanışlıq görüşü olub (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2017 11:16 (UTC +04:00)
UNEC-də digər universitetlərdən köçürülən tələbələrlə görüş keçirilib.
UNEC-ə köçürülən tələbələrlə tanışlıq görüşü olub (FOTO)

Bakı. Trend:

UNEC-də digər universitetlərdən köçürülən tələbələrlə görüş keçirilib.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə UNEC-in tələbə rektoru Cabbar Hüseynli və tələbə təşkilatlarının rəhbərləri iştirak edib.

C.Hüseynli tələbələrə UNEC barədə geniş məlumat verərək, burada həyata keçirilən ikili diplom, mübadilə və xüsusi təqaüd proqramlarından söz açıb. Tələbələrə Elektron Universitet Modeli barədə ətraflı məlumat verən tələbə rektor onların şəxsi kabinetdən istifadəyə dair suallarını cavablandırıb. UNEC Karyera Mərkəzindən bəhs edən C.Hüsenli tələbələrin öz startap layihələrini İnnovativ Biznes İnkubatorunda reallaşdıra biləcəklərini qeyd edib. O, xüsusi bacarığı ilə fərqlənən tələbələr üçün Yaradıcılıq Mərkəzinin fəaliyyət göstərdiyini də bildirib.

Tələbə təşkilatlarının sədrləri rəhbərlik etdikləri qurumlar barədə ətraflı məlumat verərək, həyata keçirdikləri layihələrdən bəhs ediblər.

Görüş universitet ərazisində infoturla davam edib. Tələbələr kitabxana və Radio UNEC ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti