...

Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alanların ADLARI məlum oldu

Hadisə Materials 21 Noyabr 2017 15:25 (UTC +04:00)
Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alan şəxslərin adları məlum olub
Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alanların ADLARI məlum oldu

Bakı. Samir Əli - Trend:

Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alan şəxslərin adları məlum olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alanların hər ikisi rayonun Separadi kənd sakinləridir.

Hadisə nəticəsində ağır xəsarət alan 1994-cü il təvəllüdlü Məmmədov Əbülfəz Əbülfət oğlu və 1971-ci il təvəllüdlü Allahverdiyev Çingiz Qubad oğlu ağır yanıq xəsarətləri ilə Lənkəran şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, hazırda hər iki şəxs xəstəxananın reanimasiya şöbəsindədirlər.

Qeyd edək ki, gündüz saatlarında Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, rayonun Separadi kəndində yanacaqdoldurma məntəqəsində baş verən yanğın tam söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti