...

Tıxacların aradan qaldırılması ilə bağlı TƏKLİF

Cəmiyyət Materials 21 Noyabr 2017 17:24 (UTC +04:00)
Bakıda tıxacların aradan qaldırılması ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə təklif irəli sürüb.
Tıxacların aradan qaldırılması ilə bağlı TƏKLİF

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda tıxacların aradan qaldırılması ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə təklif irəli sürüb.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman A.Mirzəzadə bildirib ki, tıxacların həll edilməsi üçün dövlət tərəfindən xeyli işlər görülür, yollar genişləndirilir, körpülər, tunellər tikilir:

“Ancaq bir problem həll olunmasa, tıxacların aradan qaldırılması mümkün olmayacaq. Yolların bir hissəsi avtomobil dayanacağı kimi istifadə olunur ki, bu da tıxacların yaranmasına səbəb olur. Sahibkarlara deyəndə ki, niyə çoxmərtəbəli avtomobil dayanacağı tikmirsiniz, deyirlər ki, ora qoyulan vəsaiti götürmək olmur. Təklif edirəm ki, çoxmərtəbəli avtomobil dayanacağı tikən sahibkarları vergidən azad edək, onlara dəstək göstərək ki, dayanacaqlar tiksinlər. Xaricdə də belədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti