...

Balakəndə kişi həyat yoldaşını ölümcül bıçaqladı

Cəmiyyət Materials 22 Noyabr 2017 09:32 (UTC +04:00)
Balakən rayonunda kişi həyat yoldaşını ölümcül bıçaqlayıb.
Balakəndə kişi həyat yoldaşını ölümcül bıçaqladı

Bakı. Samir Əli - Trend:

Balakən rayonunda kişi həyat yoldaşını ölümcül bıçaqlayıb.

Trend-in məlumatına görə, hadisə rayonun Qullar kəndində baş verib. Kənd sakini, 1984-cü il təvəllüdlü İbadov Raman Hümbət oğlu eyni ünvanda yaşadığı həyat yoldaşı, 1987-ci il təvəllüdlü İbadova Esmira Cümşüd qızı ilə mübahisə edib. Mübahisə nəticəsində R.İbadov həyat yoldaşına bir-neçə bıçaq zərbəsi vuraraq öldürmək istəyib. Ailə üzvlərinin köməyi ilə qadın xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində R.İbadov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti