...

Şəkər xəstələri üçün "ağıllı gel" yaradılıb

Cəmiyyət Materials 26 Noyabr 2017 23:30 (UTC +04:00)
Bir qrup yaponiyalı alim mədəaltı vəz funksiayalarına malik və elektron idarəetmə olmadan qana lazımi miqdarda insulin yeritmək qabiliyyətində sintetik “ağıllı gel” yaradıb
Şəkər xəstələri üçün "ağıllı gel" yaradılıb

Bakı. Trend:

Bir qrup yaponiyalı alim mədəaltı vəz funksiyalarına malik və elektron idarəetmə olmadan qana lazımi miqdarda insulin yeritmək qabiliyyətində sintetik “ağıllı gel” yaradıb.

Trend-in məlumatına görə, yeni yaradılan gel qanda qlükozanın səviyyəsinə həssasdır.

Qeyd olunur ki, polimer gel dərinin altına yeridildikdən sonra qana lazımi səviyədə insulin tədarük edir. Əgər qanda qlükoza çox olursa, o zaman gel daha asan keçirici olur və insulinin yayılmasına xidmət edir. Qanda qlükoza az olduqda isə gel daha da sıxlaşır və insulinin yayılması dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti