...

Batumidə yanğında xəsarət alanların arasında azərbaycanlıların olub-olmaması araşdırılır

Cəmiyyət Materials 25 Noyabr 2017 11:00 (UTC +04:00)
Azərbaycanın Batumidəki Baş konsulluğu “Leogrand” mehmanxanasında baş vermiş yanğın zamanı xəsarət alanların arasında azərbaycanlılaırn olub-olmamasını araşdırır
Batumidə yanğında xəsarət alanların arasında azərbaycanlıların olub-olmaması araşdırılır

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanın Batumidəki Baş konsulluğu “Leogrand” mehmanxanasında baş vermiş yanğın zamanı xəsarət alanların arasında azərbaycanlıların olub-olmaması faktını araşdırır.

Bunu Trend-ə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov deyib.

Səfirin sözlərinə görə, hazırda baş konsul Rəşad İsmayılov hadisə yerindədir.

Qeyd edək ki, ötən gün Batumi şəhərində "Leoqrand" mehmanxanasında yanğın baş verib.

Hadisə nəticəsində 11 nəfər həlak olub, 21 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti