...

Bakı Dövlət Universiteti növbəti dəfə əməkdaşlarının maaşını artırdı

Cəmiyyət Materials 27 Noyabr 2017 11:57 (UTC +04:00)
Bakı Dövlət Universiteti (BDU) rektorluğunun 24 noyabr 2017-ci il tarixli genişləndirilmiş iclasında universitetin bütün əməkdaşlarının əmək haqlarının növbəti dəfə artırılması ilə bağlı qərar qəbul edilib.
Bakı Dövlət Universiteti növbəti dəfə əməkdaşlarının maaşını artırdı

Bakı. Trend:

Bakı Dövlət Universiteti (BDU) rektorluğunun 24 noyabr 2017-ci il tarixli genişləndirilmiş iclasında universitetin bütün əməkdaşlarının əmək haqlarının növbəti dəfə artırılması ilə bağlı qərar qəbul edilib.

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən Trend-ə verilən məlumata görə, qərara əsasən, BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, elmi işçilər, o cümlədən digər əməkdaşların və “Gənc istedadlar” liseyi kollektivinin əmək haqqı dekabr ayının 1-dən 130-manatadək artırılıb. Artım ümumilikdə universitetin 3000 mindən çox əməkdaşına şamil edilib.

Bundan əlavə olaraq, hər il mütəmadi olaraq bütün kafedralarda fakültə dekanı, tədris-metodiki şurası və fakültə Həmkarlar Təşkilatı sədrlərinin iştirakı ilə iclaslar keçirilir, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin anket sorğusunun nəticələri nəzərə alınaraq fərqlənmiş əməkdaşların əmək haqqı cari ilin sonunadək differensasiya yolu ilə 100 manat artırılır və proses təxminən 300 nəfərə şamil olunur.

Qeyd edək ki, 90-dan artıq beynəlxalq və yerli, o cümlədən universitetdaxili 50+50 və fərdi qrant layihəsi ilə işləyən bir çox professor-müəllim heyətinin universitet maaşı ilə birgə aldığı əmək haqqı 3000 manatdan çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti