...

Qaradağda “Beynəlxalq əlillər günü” qeyd edilib

Cəmiyyət Materials 1 Dekabr 2017 18:06 (UTC +04:00)
Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) rayonun aztəminatlı əlil sakinləri ilə görüş keçirilib.
Qaradağda “Beynəlxalq əlillər günü” qeyd edilib

Bakı. Trend:

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) rayonun aztəminatlı əlil sakinləri ilə görüş keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Qaradağ RİH başçısının müavini Təranə İsmayılova və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

T.İsmayılova çıxış edərək 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis olunmuş Beynəlxalq Əlillər gününün ölkəmizdə qeyd olunmasını Ulu Öndər Heydər Əliyevin əlillərə göstərilən yüksək qayğının nəticəsi kimi qiymətləndirib. Beynəlxalq əlillər gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, onlara maddi və mənəvi yardım göstərmək olduğunu vurğulayaraq, bu gün əlillər üçün tikilən yaşayış sahələrini, sağlamlıq mərkəzlərinin Azərbaycan Prezidenti İlham Əliyevin diqqətinin bariz nümunəsi olduğunu bildirib.

Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 120 aztəminatlı ailəyə rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardımı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti