...

Azərbaycanda əhalinin təqribən 6 faizinin əlilliyi var

İqtisadiyyat Materials 11 Dekabr 2017 13:33 (UTC +04:00)
Hazırda Azərbaycan əhalisinin 6,4 faizində əlillik mövcuddur
Azərbaycanda əhalinin təqribən 6 faizinin əlilliyi var

Bakı. Maksim Tsurkov, Ənvər Məmmədov - Trend:

Hazırda Azərbaycan əhalisinin 6,4 faizində əlillik mövcuddur.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması üzrə BP ilə birgə layihənin təqdimatında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bütün dünya üzrə bu göstərici 15 faizə bərabərdir: “Bu gün Azərbaycanda 624 min əlilliyi olan şəxs yaşayır və bu rəqən hər il artır. Uşaqlar arasında da bu rəqəm bizin narahat edir. Bu ilin 10 ayı ərazində əlillik statusu uşaqların 15 faizi fiziki qüsurla dünyaya gəlib. Bu, 538 uşaq deməkdir”.

Nazir həmçinin qeyd edib ki, bu gün ölkədə 353 min əmək qabiliyyətli əlil yaşayır ki. onlardan 10 faizi işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti