...

YAP-ın Qaradağ rayon təşkilatının üzvləri əlil rəssama baş çəkiblər (FOTO)

Cəmiyyət Materials 11 Dekabr 2017 16:13 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının bir qrup fəal qadın və gəncləri Qaradağ rayon sakini, 20 yaşlı gənc rəssam, 1-ci qrup əlil İlkin Əliyevin evində olublar.
YAP-ın Qaradağ rayon təşkilatının üzvləri əlil rəssama baş çəkiblər (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının bir qrup fəal qadın və gəncləri Qaradağ rayon sakini, 20 yaşlı gənc rəssam, 1-ci qrup əlil İlkin Əliyevin evində olublar.

RaGənc rəssamla görüşən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının üzvləri onunla maraqlı söhbətlər aparmış və onun əl işləri ilə tanış olublar. Gənc rəssam öz yaradıcılığından danışarkən, ona baş çəkən qonaqlara gələcək planları haqqında danışıb.

Məhdud imkanlı gəncin əl işləri qonaqları valeh edib və onu ziyarətə gələnlər gələcək fəaliyyətində ona uğurlar diləyiblər.

Görüşün sonunda gənc rəssama mənəvi dəstək göstərən qonaqlar ona yaradıcılığının davam etdirilməsi üçün maddi yardım da ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti