...

Bu il Azərbaycanda nikahların sayı 52 mini keçdi

Cəmiyyət Materials 14 Dekabr 2017 15:45 (UTC +04:00)
2017-ci ilin 10 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 52061 nikah qeydə alınıb.
Bu il Azərbaycanda nikahların sayı 52 mini keçdi

Bakı. Elçin Mehdiyev - Trend:

2017-ci ilin 10 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 52061 nikah qeydə alınıb.

Trend-in məlumatına görə, qeydə alınan boşanma hallarının sayı isə 12191 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

Qeyd edək ki, bundan öncə Azərbaycanda 2017-ci ilin yanvar-sentyabr aylarında 47 min 388 nikah və 10 min 977 boşanma halları qeydə alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti