...

24 yaşlı oğlan dərman içdi ki, sağalsın, zəhərləndi

Hadisə Materials 15 Dekabr 2017 21:01 (UTC +04:00)
Tovuz rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib
24 yaşlı oğlan dərman içdi ki, sağalsın, zəhərləndi

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə dekabrın 14-də axşam saatlarında rayonun Qovlar qəsəbəsində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Cabbarov Ceyhun Elşad oğlu evində dərman qəbul edərkən zəhərlənib.

C.Cabbarov təcili yardım avtomobili ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti